​Aleksey Kudrin: "Rusiya üçün böhranın kulminasiyası irəlidədir"

​Aleksey Kudrin: "Rusiya üçün böhranın kulminasiyası irəlidədir" İlin ikinci rübündə Rusiyada iqtisadi geriləmə daha sərt olacaq
Maliyyə
1 İyun , 2015 11:45
​Aleksey Kudrin: Rusiya üçün böhranın kulminasiyası irəlidədir

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiya iqtisadiyyatı üçün böhranın pik nöqtəsi hələ keçilməyib. "Report" xəbər verir ki, bunu "İnterfaks" agentliyinə müsahibəsində Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin bildirib.

Onun fikrincə, böhranın ən kəskin fazası 2015-ci ilin ikinci rübünə təsadüf edəcək.

"Böhranın kəskin fazası irəlidədir. İlin ikinci rübündə Rusiyada ÜDM azalması ilk rübə nisbətən daha sərt olacaq", - deyə A.Kudrin bildirib.

Sabiq nazir böhranın ən kəskin dövrünün iyun ayında baş verəcəyini proqnozlaşdırır. Daha sonra böhranın səngiyəcəyi, amma hər yeni rübdə keçən ilin müvafiq dövrünə nəzərən azalmanın olacağı gözlənilir.

A.Kudrin Rusiyada bu il ÜDM azalmasının 4% olacağını proqnozlaşdırır ki, bu da İqtisadi İnkişaf Nazirliyinin proqnozundan bir qədər artıqdır.

Son xəbərlər

Orphus sistemi