AİİB-in üzvlərinin sayı 50% artırılacaq

AİİB-in üzvlərinin sayı 50% artırılacaq 2017-ci ilin əvvəlində Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı 90-a çatacaq
Maliyyə
27 Avqust , 2016 17:57
AİİB-in üzvlərinin sayı 50% artırılacaq

Bakı. 27 avqust. REPORT.AZ/ Sentyabrdan etibarən Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) bir sıra ölkələrin banka üzv olması ilə bağlı müraciətə baxacaq.

“Report”un məlumatına görə, bu barədə AİİB prezidenti Cin Liqun (Jin Liqun) deyib.

C.Liqunun sözlərinə görə, belə müraciətləri edən ölkələrin sayı 30-dan çoxdur və 2017-ci ilin əvvəlində bankın üzvlərinin sayı 90-a çatacaq.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AİİB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın bankda iştirak payı 0,25% (254,1 mln. dollar) təşkil edir. Azərbaycanın bu banka üzvlüyü isə bu il iyunun 24-də ratifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi