​AİF-in daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib

​AİF-in daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib Bakı Fond Birjasında keçirilən hərracda 1 investor iştirak edib
Maliyyə
15 Sentyabr , 2015 10:52
​AİF-in daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı. 15 sentybar. REPORT.AZ/ Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 mln. manat təşkil edib. Sifariş 100,5333% qiyməti ilə təqdim edilib. 

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.

Son xəbərlər

Orphus sistemi