Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Bu barədə "Report"a AİF-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hərraca 5 mln. manat həcmində və 101,2417% qiyməti ilə istiqraz satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənilmə tarixi 2024-cü il noyabrın 21-nə təyin edilib. Qurum təqdim edilmiş sifarişlərin təklifdən çox olduğu halda sifarişlərin proporsional qaydada təmin ediləcəyini açıqlayıb və istiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.
Qeyd edək ki,
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Məlumata görə, bu istiqrazların yerləşdirilməsinə bu ilin yanvarın 13-dən başlanılıb və hərraca bu günədək 16 mln. manat həcmində istiqraz çıxarılıb.