​"AGBank" məzənnəyə bağlı yeni depozit məhsulu hazırlayıb

​"AGBank" məzənnəyə bağlı yeni depozit məhsulu hazırlayıb Əmanət milli valyutada 12 ay müddətinə illik 9%-lə yerləşdirilir
Maliyyə
19 Aprel , 2016 12:19
​AGBank məzənnəyə bağlı yeni depozit məhsulu hazırlayıb

Bakı. 19 aprel. REPORT.AZ/ "AGBank" ASC “Sabit məzənnə” adlı yeni depozit məhsulunu istifadəyə verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni depozit növü manatla yerləşdirilsə də Mərkəzi Bankın həmin günə ABŞ dollarının rəsmi məzənnəsinə bağlı olur. 

Rəsmi məzənnədə 3%-dən çox dəyişikliklər olduğu halda aradakı fərq əmanət sahibinə bank tərəfindən ödənilir. Belə ki, manatla yerləşdirilən əmanətin dövrü bitdiyi zaman əsas vəsait ABŞ dollarının həmin tarixə olan məzənnəsi ilə hesablanıb müştəriyə qaytarılır: "Bu isə o deməkdir ki, dolların qeyri-sabit olması ilkin məbləğə öz təsirini göstərmir. Məsələn, müştəri 1 600 manat yerləşdirir, rəsmi məzənnə 1,60 AZN/USD təşkil edirsə, məbləğ olduğu kimi qalır. Əmanətin müddəti bitəndə rəsmi məzənnə 1,80 AZN/USD olduqda, müştəriyə 1 800 manat - 3% (çıx 3%) vəsait qaytarılır. Rəsmi məzənnə 1,40 AZN/USD təşkil etsə, müştəriyə müvafiq olaraq 1 600 manat - 3% (çıx 3%) vəsait qaytarılır".

Qeyd edək ki, "Sabit məzənnə" əmanəti milli valyutada 12 ay müddətinə illik 9% ilə rəsmiləşdirilir. Minimal məbləğ 100 manat təşkil etməlidir. Faizlər müştərinin istəyi ilə aylıq və ya ilin sonunda ödənilir. Depozitin məbləğindən asılı olaraq sahibinə plastik kart hədiyyə olunur. 

Son xəbərlər

Orphus sistemi