"AGBank" Mərkəzi Bankdan daha 24 mln. manat borc alıb

"AGBank" Mərkəzi Bankdan daha 24 mln. manat borc alıb Bankda problemli kreditlərin xüsusi çəkisi 31%-ə çatıb
Maliyyə
18 Avqust , 2016 15:15
AGBank Mərkəzi Bankdan daha 24 mln. manat borc alıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu il iyulun 1-nə "AGBank" ASC-nin cəmi aktivləri 579,761 mln. manat təşkil edib. "Report" Bankın maliyyə (balans) hesabatına istinadən xəbər verir ki, bu, I rübün yekunu ilə müqayisədə 12,1% çoxdur.

İyunun sonuna Bankın aktivlərinin 58,8%-ni və yaxud 341,123 mln. manatını müştərilərə verilən kreditlər təşkil edib. Martın sonuna nisbətən "AGBank"ın kredit portfeli 6,9% daralıb.

Bununla belə, II rübdə kredit təşkilatının vaxtı keçmiş kreditləri 18,2% artaraq 104,077 mln. manata yüksəlib. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 17%-dən 30,5%-ə çatıb.

Son 3 ay ərzində "AGBank"ın cəmi öhdəlikləri 16% artaraq iyulun 1-nə 503,875 mln. manat, cəmi kapitalı isə 8,4% azalaraq 75,886 mln. manat olub.

Bankın depozit portfeli isə onun öhdəliklərinin 56,2%-i qədər və yaxud 283,306 mln. manat olub. Bu, 3 ay əvvəllə nisbətən 28,6% çoxdur.

İyulun 1-nə "AGBank"da əhalinin əmanətləri 113,685 mln. manat təşkil edib. Bu da aprelin 1-nə nisbətən 1,6% azdır. Əmanətlərin 90,7%-i xarici valyutada yerləşdirilib.

Bu ilin II rübünün yekununda Azərbaycan Mərkəzi Bankının "AGBank"a qarşı tələbi 45 mln. manat olub. Bu isə I rübün yekunu ilə müqayisədə 24 mln. manat və yaxud təxminən 2 dəfə çoxdur.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 51,1 mln. səhm əsasında formalaşıb. Səhmlərin 31,68%-i Çingiz Əsədullayevə (Müşahidə Şurasının sədri), 8,3%-i Qriqoriy Marçenkoya, 5,79%-i Fərzulla Yusifova, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i "Kazimir Partners" şirkətinə, qalan 47,5%-i isə 80 minoritar səhmdara məxsusdur.

Son xəbərlər

Orphus sistemi