"AGBank"ın səhmdarları gələn ay yenidən toplaşacaq

"AGBank"ın səhmdarları gələn ay yenidən toplaşacaq Kapitalın artırılması yollarının müzakirəsi davam edəcək
Maliyyə
7 Mart , 2016 17:58
AGBankın səhmdarları gələn ay yenidən toplaşacaq

Bakı. 7 mart. REPORT.AZ/ “AGBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunub. Nəticədə nizamnamə kapitalının 100 mln. manat artırılması qərara alınıb. Hazırda Bankın nizamnamə kapitalı 25 mln. manatdır və nəzərdə tutulan emissiya planı uğurla reallaşacağı təqdirdə bu göstərici 5 dəfə artırılacaq.

"Report"un Banka istinadən verdiyi xəbərə görə,  həmin kapitalın mövcud səhmdarlar yaxud yeni investorların cəlb edilməsi hesabına təmin ediləcəyinə, səhmdarların iştirak payına aprelin 5-də keçiriləcək səhmdarların növbəti yığıncağında aydınlıq gətiriləcək. Bankdan bildirilib ki, ictimaiyyət bu barədə həmin iclasdan sonra məlumatlandırılacaq.

Qeyd edək ki, “AGBank” ASC 1992-ci ildə təsis edilib. Bankın fəaliyyəti əsasən Azərbaycanda istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsinə yönəlib. “AGBank”ın səhmdarları arasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın "Kazimir İnvestment Ltd". investisiya fondu var. Bank, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), OPIC beynəlxalq inkişaf fondu, "Raiffeisen Bank", Asiya İnkişaf Bankı (ADB), "Şeker Bank", "Commersbank AG", Alman-Azərbaycan Fondu (AAF), LBBW, "UniCredit", "Standard Chartered Bank Group" kimi beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi