"AGBank" ilk rübü 6,6 mln. manat zərərlə yekinlaşdırıb

"AGBank" ilk rübü 6,6 mln. manat zərərlə yekinlaşdırıb Bankın xərcləri gəlirlərini 9,4% üstələyib
Maliyyə
4 May , 2016 09:14
AGBank ilk rübü 6,6 mln. manat zərərlə yekinlaşdırıb

Bakı. 4 may. REPORT.AZ/ "AGBank" ASC cari ilin birinci rübünü 6 627,7 min manat zərərlə başa vurub. Hesabat dövründə Bankın gəlirləri 26 047,5 min manat, xərcləri 28 488,0 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 4 182,6 min manat ayrılıb. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, gəlirlərin 12 897,2 min manatı faiz, 13 150,3 min manatı qeyri-faiz gəlirlərinin, xərclərin isə 7 033,1 min manatı faiz, 21 454,9 min manatı qeyri-faiz xərclərinin payına düşüb.

Cari il aprelin 1-nə "AGBank"ın aktivləri 517 261,55 min manat, kredit portfeli 366 407,14 min manat, depozit portfeli 220 260,04 min manat, nizamnamə kapitalı 101 503,1 min manat, məcmu kapital isə 80 797,51 min manat təşkil edib. Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 15,1%, məcmu kapitalın adekvatlıq əmsalı 16,57% olub.

Son xəbərlər

Orphus sistemi