"AGBank" əməliyyat sistemini yeniləyib

"AGBank" əməliyyat sistemini yeniləyib Bank proqramın yenilənmiş versiyasını bu gün istifadəyə verib
Maliyyə
31 Mart , 2016 15:56
AGBank əməliyyat sistemini yeniləyib

Bakı. 31 mart. REPORT.AZ/ "AGBank" ASC daxili əməliyyat sistemini (T24) yeniləyərək, sistemin yeni proqram versiyasını tətbiq edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu gün Bank proqramın yenilənmiş “Reliz 15” versiyasını istifadəyə verib. 

"Üstün imkanlar və funksiyalar təklif edən yenilənmiş versiya gələcəkdə aparılacaq əməliyyatların daha təkmil səviyyədə həyata keçirilməsinə xidmət edəcək. Proqramın ərsəyə gəlməsində 33 mütəxəssisdən ibarət komanda çalışıb", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, bütün MDB və Baltikyanı ölkələr arasında bu yeni versiya ilk dəfə Azərbaycanda, "AGBank"da tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi