​"AGBank" bonus kampaniyasının müddətini uzadıb

​"AGBank" bonus kampaniyasının müddətini uzadıb Bonusları toplayaraq mobil telefon, kompüter, lüks avtomobil kimi hədiyyələr əldə etmək mümkündür
Maliyyə
13 Avqust , 2015 11:08
​AGBank bonus kampaniyasının müddətini uzadıb

Bakı. 13 avqust. REPORT.AZ/ "AGBank" ASC müştəriləri üçün "Forex"dən bonus kampaniyasının müddətini uzadıb. Bankdan "Report"a verilən açıqlamaya görə, aksiyanın şərtlərinə əsasən,  "AGBank"ın istənilən filialında illik 12% ilə “Yığım” əmanəti açan hər müştəri "AGBank Forex"dən 250 manat real hesab qazanır. Həmçinin "Forex" ticarət bazarı üzrə pulsuz təlim və təlim materialları hədiyyə olunur.

Bununla yanaşı, müştərilər, "AGBank"la "Forex" əməliyyatlarında iştirak edib bonuslar toplayaraq mobil telefon, kompüter, lüks avtomobil kimi hədiyyələr əldə etmək fürsəti qazanırlar.

Qeyd edək ki, "Yığım” əmanət növü istənilən məbləğlə bankda depozit açdıqdan sonra, hesaba aylıq əlavələr etməklə həmin məbləği artırmaq fürsəti yaradır. Depozitin müddətinə uyğun olaraq, həm ilk yerləşdirilən məbləğə, həm də əlavə yatırımlara faizlər hesablanır. "Yığım" əmanəti üzrə minimal məbləğ 100 manat təşkil edir, faiz dərəcəsi isə illik 12%-dir. Depozit açan şəxsə məbləğdən asılı olaraq pulsuz plastik kart təklif olunur. 12 aylıq əmanət üzrə faizlər əmanətin müddəti başa çatdıqdan sonra ödənilir. Əmanət hesabını istənilən vaxt artırmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi