​"AGBank" Bakıda iki filialını bağlayır

​"AGBank" Bakıda iki filialını bağlayır Bank bunu filial şəbəkəsini optimallaşdırmaq niyyətilə əlaqələndirir
Maliyyə
16 Dekabr , 2015 18:20
​AGBank Bakıda iki filialını bağlayır

Bakı. 16 dekabr. REPORT.AZ/ Xidmət növləri və şərtlərinin vahid şəkilə salınması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə "AGBank" ASC filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayıb. Optimallaşdırılma prosesinə əsasən, “İnşaatçılar” və “Azadlıq” filialları “Elmlər” və “Nəsimi” filialları ilə birləşdiriləcək.

"Report"un banka istinadən verdiyi xəbərə görə, filialların bütün öhdəlikləri, sənədləşən bütün müqavilə və razılaşmalar hüquqi gücünü saxlayacaq. Coğrafi baxımından qonşu olan bu filialların birləşməsi idarə strukturunun təkmilləşdirilməsinə yönəldilib.

"Filialların birləşdirilməsi bankın inkişaf strategiyasının davamı olaraq bank xidmətlərinin elektron sistemə inteqrasiya prosesinin bir hissəsidir. Hazırda müşahidə olunan yeni texnologiyaların inkişafı bank əməliyyatlarının həyata keçirilməsini daha operativ edərək zaman və məkan məhdudiyyətini aradan qaldırır. Bu inkişafın bir nümunəsi kimi “İnternet Bankinq” xidməti, ödəniş terminalları kimi özünəxidmət vasitələrini qeyd etmək olar. Dövrün tələblərinə uyğunlaşmağa və müştərilərinin ehtiyaclarını tam şəkildə ödəməyə çalışan "AGBank" yeni, geniş və rahat konseptual filiallar yaradaraq xidmət səviyyəsini artırmaq və modernizasiya prosesinə dəstək olmaq üçün çalışır. Optimallaşdırılma nisbətən kiçik filialların birləşərək böyük, rahat və konseptual xidmət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu proses biznesin daha effektiv idarə olunması, həmçinin inzibati xərclərin azaldılmasına da xidmət edəcək", - bankdan bildirilib. 

Son xəbərlər

Orphus sistemi