"AG Bank" təcrübə proqramına seçimə başlayır

"AG Bank" təcrübə proqramına seçimə başlayır Təcrübəni uğurla keçmiş təcrübəçilər daimi işlə təmin olunacaq
Maliyyə
23 Aprel , 2015 18:02
AG Bank təcrübə proqramına seçimə başlayır

Bakı. 23 aprel. REPORT.AZ/ "AG Bank" ASC 2015-ci il Yay Təcrübə Proqramı üçün seçimə başlayır. Seçim turundan keçənlər "AG Bank"da karyera qurmaq imkanı qazanacaq. Təcrübəni uğurla keçənlər daimi işlə təmin olunacaq.

"Report"un banka istinadən verdiyi xəbərə görə, təcrübə proqramı İT Layihələri və İT Xidmətləri departamentləri üçün nəzərdə tutulub.

Bütün təcrübəçilərə aylıq əmək haqqı ödəniləcək, hər bir təcrübəçi üçün təlimçi ayrılacaq. Təcrübə sistematik inkişaf planı əsasında keçiriləcək. Təcrübəni uğurla keçmiş təcrübəçilər daimi işlə təmin olunacaq.

"Yay Təcrübə Proqramı" iyunun 1-dən avqustun 31-dək 13 həftə ərzində davam edəcək.

Namizədlər İT və əlaqədar fakültələrin yuxarı kurs bakalavr və magistr tələbələri və məzunları olmalı, JAVA, C, C++, C#, "Visual Basic" proqramlaşdırma dillərindən hər hansı birini bilməli, SQL üzrə baza bilikləri olmalıdır. Həmçinin namizədə tələblərdən biri də yüksək səviyyədə rus dili biliyidir.

Ərizələr mayın 7-dək təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi