​“AFB Bank” nizamnamə kapitalını artırır

​“AFB Bank” nizamnamə kapitalını artırır Yeni emissiyanın həcmi 10,683 mln. manat təşkil edir
Maliyyə
10 Sentyabr , 2014 08:04
​“AFB Bank” nizamnamə kapitalını artırır

Bakı. 10 sentyabr. REPORT.AZ/. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AFB Bank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək sənədsiz adlı səhmlərinin emissiyası qeydiyyata alınıb. "Report"un xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Emissiyanın ümumi həcmi 10 682 925 manat, bir səhmin nominal dəyəri isə 1 265 manat təşkil edir.

Beləliklə, yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 17,9% artırılaraq 70 393 455 manata çatdırılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə “Texnika Kapital Menecment” MMC vasitəsi ilə Bakı Fond Birjasında həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi