​"AFB Bank" Mərkəzi Banka borcunu tam ödəyib

​"AFB Bank" Mərkəzi Banka borcunu tam ödəyib "AFB Bank"ın digər banklara öhdəliklərinin həcmi isə bu il 37 dəfə azalıb
Maliyyə
16 Noyabr , 2015 12:38
​AFB Bank Mərkəzi Banka borcunu tam ödəyib

Bakı. 16 noyabr. REPORT.AZ/ "AFB Bank" ASC Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərini tam həcmdə icra edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, "AFB Bank"ın ilin əvvəlində 17,5 mln. manat təşkil edən borcu II rübün sonuna 11,974 mln. manata, III rübün sonuna sıfıra enib.

Qeyd edək ki, Mərkəzi Bankdan götürülmüş borc vəsaitləri 2010-cu il 20 oktyabr tarixli kredit müqaviləsinə uyğun olaraq illik 2,5% dərəcəsi ilə 5 il müddətinə alınıb. Bu vəsaitin götürülməsində məqsəd Bankın kredit fəaliyyətinin maliyyələşdirilməsi olub.

Xatırladaq ki, cari il yanvarın 1-nə əsasən, Bankın dövlət təşkilatlarından götürülmüş müddətli borc vəsaitlərinin həcmi 81,7 mln. manat təşkil edib.

Hesabata əsasən, "AFB Bank"ın digər banklara öhdəliklərinin həcmində də azalma qeydə alınıb. Belə ki, bu göstərici ilin əvvəlindəki 2,165 mln. manatdan cari ilin oktyabrın 1-nə 59 min manata düşüb.

Son xəbərlər

Orphus sistemi