"AFB Bank" istehlak kreditlərini bahalaşdırıb

"AFB Bank" istehlak kreditlərini bahalaşdırıb Bank 5-10 min manat/dollar məbləğində kreditlər üçün 2 fiziki və yaxud 1 hüquqi şəxsin zaminliyini tələb edir
Maliyyə
5 Oktyabr , 2016 12:10
AFB Bank istehlak kreditlərini bahalaşdırıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ "AFB Bank" ASC müştərilərə manatla verdiyi istehlak kreditlərinin illik faiz dərəcələrini 2 faiz bəndi artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, əgər əvvəllər fiziki şəxslər milli valyutada illik 24%-lə kredit ala bilirdisə, hazırda faiz dərəcəsi 26%-dir.

"AFB Bank"ın dollarla həyata keçirdiyi istehlak kreditləşməsinin şərtlərində isə dəyişiklik yoxdur. Bank yenə də Amerika valyutasında krediti illik 15-17%-lə ayırır.

Qeyd edək ki, "AFB Bank"da istehlak kreditlərinin məbləği 500 manat/dollardan 10 000 manat/dollara qədər dəyişir. Kreditin maksimal müddəti manatda 12 ay, dollarda isə 36 aydır. Kreditə görə komissiya haqqı isə borcun 1%-i qədərdir.

5 min manat/dollara qədər kreditlər üçün 1 fiziki şəxsin zaminliyi, 5-10 min manat/dollar arası kreditlər üçün isə 2 fiziki və yaxud 1 hüquqi şəxsin zaminliyi tələb olunur.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi