"AFB Bank"ın departament direktoru işdən çıxıb

"AFB Bank"ın departament direktoru işdən çıxıb Onun yerinə hələ ki, təyinat olmayıb
Maliyyə
3 Oktyabr , 2016 14:43
AFB Bankın departament direktoru işdən çıxıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ "AFB Bank" ASC-nin Xəzinədarlıq Departamentinin direktoru Behnam Qurbanzadə işdən çıxıb.

Bu barədə "Report"a adıçəkilən bankdan məlumat verilib. 

Bildirilib ki, onun yerinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi