"AFB Bank"ın aktivləri azalıb

"AFB Bank"ın aktivləri azalıb Bank ilk yarımilliyi 1,2 mln. manatdan artıq mənfəətlə başa vurub
Maliyyə
27 İyul , 2016 18:02
AFB Bankın aktivləri azalıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısının yekununa görə, "AFB Bank" ASC-nin cəmi aktivləri 304,418 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sonu ilə müqayisədə 1,4% azdır.

Yarım il ərzində "AFB Bank"ın cəmi öhdəlikləri 4,1% azalaraq 222,923 mln. manat, cəmi kapitalı isə 6,7% artaraq 81,495 mln. manat olub.

İyulun 1-nə Bankın aktivlərinin 64,85%-ni və yaxud 197,422 mln. manatını onun kredit portfeli təşkil edib. "AFB Bank"ın öhdəliklərinin isə 48,85%-i depozit portfelinin payına düşüb. Bunun isə cəmi 3,417 mln. manatı əhalinin əmanətləridir.

Hesabat dövründə "AFB Bank"ın faiz gəlirləri 4,291 mln. manat, faiz xərcləri 0,57 mln. manat, qeyri-faiz gəlirləri 3,19 mln. manat, qeyri-faiz xərcləri 2,417 mln. manat təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 4,494 mln. manat olub.

"AFB Bank" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 3,262 mln. manat yönəldib. Son nəticədə Bank 2016-cı ilin I yarısını 1,232 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb.

Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova, 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi