​"AFB Bank" Həcc zəvvarları üçün xüsusi ödəniş kartı hazırlayıb

​"AFB Bank" Həcc zəvvarları üçün xüsusi ödəniş kartı hazırlayıb Azərbaycanın "AFB Bank" ASC Həcc ziyarətinə gedən zəvvarlar üçün xüsusi pulsuz gülab ətirli "Zəvvar"
Maliyyə
11 Sentyabr , 2014 12:21
​AFB Bank Həcc zəvvarları üçün xüsusi ödəniş kartı hazırlayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın "AFB Bank" ASC Həcc ziyarətinə gedən zəvvarlar üçün xüsusi pulsuz gülab ətirli "Zəvvar" ödəniş kartını təqdim edib. Bu barədə “Report”a "AFB Bank"dan məlumat verilib.

“Zəvvar” kartını almaq istəyənlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Bu kartın digər kartlardan fərqinə gəldikdə isə "AFB Bank"ın bankomatlarından nağd pul çıxartmaq və dünyanın istənilən ölkəsində POS-terminal və internet üzərindən xidmət və mallar üçün ödəniş aparıldıqda tutulan xidmət haqqının 0% olmasıdır.

Həmçinin bildirilir ki, kartda pul bitdikdə kart sahibinin qohumları, dostları hesaba pul qoya bilər, ziyarət müddəti ərzində kart vasitəsi ilə aparılan əməliyyatlar barədə məlumat mesaj vasitəsilə müştərinin telefonuna (rouminq açıq olduqda) göndəriləcək, gedilən ölkədə kart vasitəsi ilə nağd və nağdsız əməliyyat aparıldıqda, kartdakı vəsaitin digər valyutalara mübadiləsi avtomatik aparılacaq.

Xatırladaq ki, "AFB Bank" ASC 2009-cu ilin fevral ayından fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi