"AFB Bank" birinci rübü mənfəətlə başa vurub

"AFB Bank" birinci rübü mənfəətlə başa vurub Bank məzənnə dəyişməsi də daxil olmaqla, valyuta əməliyyatlarından 1,5 mln. manat qazanıb
Maliyyə
12 May , 2015 14:16
AFB Bank birinci rübü mənfəətlə başa vurub

Bakı. 12 may. REPORT.AZ/ "AFB Bank" ASC cari ilin birinci rübünü 2,3 mln. manat mənfəətlə başa vurub. Bu müddətdə Bankın gəlirləri 6,5 mln. manat, xərcləri 3,2 mln. manat, aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 952,4 min manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, birinci rübdə Bankın faiz gəlirləri 4,4 mln. manat, faiz xərcləri 958,2 min manat olmaqla faiz mənfəəti 3,4 mln. manat olub. Bu müddətdə qeyri-faiz gəlirləri 2,1 mln. manat, qeyri-faiz xərcləri 2,3 mln. manat olmaqla qeyri-faiz zərəri 176,5 min manat təşkil edib.

Birinci rübdə faiz gəlirlərinin 4,2 mln. manatı kreditlər üzrə faiz gəlirlərinin, faiz xərclərinin isə 522,7 min manatı depozitlər üzrə faiz xərclərinin payına düşüb.

Hesabat dövründə qeyri-faiz gəlirlərinin 1,5 mln. manatını məzənnə dəyişməsi də daxil olmaqla, valyuta əməliyyatlarından əldə edilən gəlirlər əhatə edib. Qeyri-faiz xərclərinin 1,3 mln. manatını əmək haqqı və digər kompensasiya növləri, o cümlədən 1,0 mln. manatını əmək haqqı xərcləri təşkil edib.

Son xəbərlər

Orphus sistemi