ADB Azərbaycanda 3-4 min dollar maaşa ekspertlər axtarır

ADB Azərbaycanda 3-4 min dollar maaşa ekspertlər axtarır Fərdi Konsultant Seçimi metodu əsasında keçirilən müsabiqənin qalibləri oktyabrın 3-də işə başlamalıdır
Maliyyə
22 Avqust , 2016 12:59
ADB Azərbaycanda 3-4 min dollar maaşa ekspertlər axtarır

Bakı. 22 avqust. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Dəmir yolunun İnkişaf Proqramı çərçivəsində yerli ekspertlər üçün 3 yeni vakansiya elan edib. “Report” xəbər verir ki, hər 3 vakansiya üzrə əmək müqaviləsinin müddəti 9 ay nəzərdə tutulub.

Fərdi Konsultant Seçimi (ICS) metodu əsasında keçirilən müsabiqənin qaliblərinin oktyabrın 3-də işə başlaması nəzərdə tutulub.

Manila vaxtı ilə avqustun 30-u saat 11:59-da bitəcək birinci elan üzrə Siyasi İslahatların Koordinasiyası üzrə Ekspert tələb olunur. Seçiləcək koordinator üçün ümumilikdə 38 998 ABŞ dolları ödəniş edilməsi nəzərdə tutulub.

Digər iki vakansiya üzrə elanın bitmə tarixi isə avqustun 29-u Manila vaxtı ilə saat 11:59 müəyyən edilib. Onlardan biri üzrə hüquqşünas, digəri üzrə isə maliyyə meneceri axtarılır.

ADB ümumilikdə hüquqşünasa 36 853 dollar, maliyyə menecerinə isə 30 846 dollar vəsait ödəmək fikrindədir.

Hər 3 vakansiya üzrə məsul şəxs ADB-nin nəqliyyat layihələri üzrə nümayəndəsi Jenq Vu (Zheng Wu), agent qurum kimi isə “Azərbaycan Dəmir Yolları” QSC müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi