"​Accessbank" müştərilərinə mobil danışıq dəqiqələrini hədiyyə edir

"​Accessbank" müştərilərinə mobil danışıq dəqiqələrini hədiyyə edir Aksiyada "Azercell", "Bakcell" və "Nar" mobil operatorları iştirak edir
Maliyyə
11 Mart , 2016 11:12
​Accessbank müştərilərinə mobil danışıq dəqiqələrini hədiyyə edir

Bakı. 11 mart. REPORT.AZ/ "Accessbank" QSC beynəlxalq sürətli pulköçürmə sistemləri vasitəsi ilə pul göndərən və ya qəbul edən müştərilərə mobil danışıq üçün pulsuz dəqiqələr hədiyyə edir. Bankdan "Report"a daxil olan xəbərə görə, “Sürətli köçürmələr - hədiyyəli dəqiqələr” aksiyası çərçivəsində 500 dollar və daha artıq ekvivalentdə həyata keçirilən hər bir pulköçürmə əməliyyatı müqabilində bank müştərilərə "Bakcell" və "Nar" mobil operatorlarından 10 danışıq dəqiqəsi, 1 000 dollar və daha artıq ekvivalentdə "Azercell", "Bakcell" və "Nar" mobil operatorlarından 20 danışıq dəqiqəsi hədiyyə edir. Pulsuz dəqiqələr istənilən vaxt məhdudiyyətsiz olaraq istifadə edilə bilər.

Bankın təklif etdiyi bütün beynəlxalq pulköçürmə sistemləri ("Western Union", "Contact", "Blizko", "Forsaj", "Lider", "Monex", "CMT" və "Privat Money") bu kampaniyada iştirak edir. Həmçinin, müştərilər pulköçürmə əməliyyatlarını həmin sistemlərin təklif etdikləri istənilən valyutada (dollar, avro və ya rubl) həyata keçirə bilərlər.

Qeyd edək ki, "Accessbank" QSC 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan "Accessbank" geniş çeşidli bank xidmətləri təqdim edir. Ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan bankda 1 800 yaxın əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi