Bakı. 20 oktyabr. REPORT.AZ/ AccessBank QSC-nin 2015-ci il 9 aylıq hesabatı açıqlanıb.
"Report" xəbər verir ki, hesabata görə, bankın 3-cü rüb ərzində vaxtı keçmiş kreditlərinin məcmu kreditlərdə xüsusi çəkisi 4,36%-ə yüksəlib.
Qeyd edək ki, bu ilin ilk yarısında vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2,58% olub. 3-cü rüb ərzində vaxtı keçmiş kreditlərdə artım 12 269 540 manat və ya 56% olub. Bununla da vaxtı keçmiş kreditlərin ümumi həcmi 33 929 550 manata çatıb.