"Accessbank" xaricdən əlavə vəsait cəlb etməyi planlaşdırmır

"Accessbank" xaricdən əlavə vəsait cəlb etməyi planlaşdırmır Bank bu il filial şəbəkəsini daha da genişləndirəcək
Maliyyə
10 İyun , 2015 17:11
Accessbank xaricdən əlavə vəsait cəlb etməyi planlaşdırmır

Bakı. 10 iyun. REPORT.AZ/ "Accessbank" QSC bu il ərzində filial şəbəkəsini genişləndirməyə planlaşdırır. Bankın strategiyasına əsasən, regionlarda yeni filiallların açılması əsas diqqət mərkəzində olacaq. 

"Report"un verdiyi xəbərə görə, bu barədə "Accessbank"ın baş meneceri Mixael Hofman məlumat verib: "Bankın strategiyası regionlarda fəaliyyəti genişləndirməkdir. Bu il ərzində Bakıda bu gün açılan "Xəqani" filialından başqa daha bir yeni filial açılacaq. Daha sonra regionlarda 3 yeni filialın açılması planlaşdırılır. Yeni filialların Sabirabad, Astara və Lerik rayonlarında açılması nəzərdə tutulub".

Qeyd edək ki, bu gün açılan filialla bankın filiallarının ümumi sayı 44-ə çatıb. Bu il ərzində nəzərdə tutulan filialların açılması ilə bankın filial şəbəkəsi 48-ə çatacaq.

M.Hofman həmçinin bildirib ki, bu il ərzində bank xaricdən yeni kredit cəlbinə ehtiyac duymur: "Yeni investisiyaların cəlb edilməsi gözlənilmir. Bankda lidvidlik çox yaxşıdır. Ona görə də hələ əlavə investisiyaya tələbat yoxdur. Lakin bilirik ki, tərəfdaşların əksəriyyəti "Accessbank"a kredit ayırmağa hazırdır".

Son xəbərlər

Orphus sistemi