"Accessbank" "myCard" sahibləri üçün nağdlaşdırma komissiyasını ləğv edib

"Accessbank" "myCard" sahibləri üçün nağdlaşdırma komissiyasını ləğv edib Bu barədə bankdan məlumat verilib
Maliyyə
2 Sentyabr , 2016 15:51
Accessbank myCard sahibləri üçün nağdlaşdırma komissiyasını ləğv edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Accessbank" QSC "myCard" plastik kartı ilə yay aylarında yaratdığı komissiyasız nağdlaşdırma imkanını daimi edib. 

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, indi müştərilər istənilən vaxt bankın ATM-lərindən vəsaitlərini 0% komissiya ilə nağdlaşdıra bilərlər. Həmçinin, "myCard"ı əldə etmək indi daha da əlverişli olub, çünki bank kartın qiymətini 30 manatdan 20 manata endirib.

Xatırladaq ki, müştərilər debit və depozit kartlarının imkanlarını özündə birləşdirən "myCard"ı istifadə etməklə, kart hesablarında olan müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər.

Daha ətraflı məlumatı "AccessBank"ın rəsmi internet saytından, və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi