Bakı. 12 iyul. REPORT.AZ/ Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) “Accessbank” QSC-yə 17 mln. ABŞ dolları kredit ayırıb. “Report”un Banka istinadən verdiyi məlumata görə, kredit Kiçik və Orta Sahibkarlığın (SME) maliyyələşdirilməsi məqsədi ilə ayrılır.
BSTDB-nin açıqlamasında deyilir ki, ümumilikdə 3 il müddətində ayrılacaq kredit sənaye, kənd təsərrüfatı və xidmət sahələri ilə bağlı SME-lərin maliyyələşməsinə, həmçinin qeyri-neft sektorunun inkişafı üçün töhfə vermiş olacaq.
Qeyd edək ki, bu adıçəkilən bankın “Accessbank”a sayca 5-ci kredit dəstəyidir və bu yolla 2005-ci ildən bəri ümumilikdə 54 mln. dollar kredit ayrılıb.