Eyni zamanda, uzunmüddətli istifadə mallarının sifarişlərinin məcmu həcmi sentyabr ayında 1,3% azalıb ki, bu da bazara azaldıcı təsir edib.
Avropa fond bazarlarında oktyabrın 28-də FTSE 100 indeksi 0,6% - 6 402 bəndədək, Almaniya DAX-ı 1,9% - 9 068 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 113 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 230,10 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2736 dollar (+0,02%) təşkil edir.