​Azərbaycanla ABŞ arasında ticarət azalıb

​Azərbaycanla ABŞ arasında ticarət azalıb Ötən il Azərbaycan-ABŞ ticarət dövriyyəsində 182 408 dollar müsbət saldo yaranıb
Maliyyə
26 Yanvar , 2015 18:04
​Azərbaycanla ABŞ arasında ticarət azalıb

Bakı. 26 yanvar. REPORT.AZ/ 2014-cü ildə Azərbaycanla ABŞ arasında 1,3 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirilib. Beləliklə də ötən il iki ölkə arasında ticarət dövriyyəsi 4,19% azalıb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il ərzində Azərbaycandan ABŞ-a ixrac illik 24,69% azalaraq 745,8 mln. dollar, idxal isə əksinə 49,73% artaraq 563,4 mln. dollar olub və nəticədə iki ölkə arasında ticarət dövriyyəsində 182 408 dollar müsbət saldo yaranıb. 2013-cü ildə bu göstərici 613 989 dollar təşkil edib.

Ötən il Amerikaya ixrac ölkə üzrə məcmu ixracın 3,42%-ni əhatə edib. Məcmu idxalda ABŞ-la olan əməliyyatların xüsusi çəkisi isə 6,13% təşkil edib.

Nəticə etibarilə ABŞ Azərbaycanın ticarət dövriyyəsindəki əsas ölkələr siyahısında 8, ixracda 9, idxalda isə 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, 2014-cü ildə 150 ölkə ilə ticarət edən Azərbaycanın ticarət dövriyyəsi illik 10,58% azalaraq 31,016 mlrd. ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 21,829 mlrd. dolları ixrac, 9,188 mlrd. dolları isə idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsində 12,641 mlrd. dollar həcmində müsbət saldo yaranıb. 

Son xəbərlər

Orphus sistemi