Bakı. 25 iyun. REPORT.AZ/ ABŞ maliyyə sistemi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı referendumdan sonra öz qaydasında fəaliyyət göstərir.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən maliyyə sabitliyinə nəzarət şurasından ABŞ-ın maliyyə sisteminin nizamlı şəkildə fəaliyyətini davam etdirdiyi bildirilib.
Şuradan onu da vurğulayıblar ki, maliyyə risklərinə cavabdeh olan şöbə hadisələrin inkişafını izləməyə davam edəcək.