Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət borcu bu il sentyabrın 26-dan etibarən 237 mlrd. dollar və ya 1,2% artaraq 19 766,6 mlrd. dollara yüksəlib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Maliyyə Nazirliyinin hesabatı əsasında "CNS News" internet resursu tərəfindən verilib. Nəticədə ABŞ-ın dövlət borcu son 22 gündə hər gün 10,8 mlrd. dollar artıb. Hər bir ABŞ vətəndaşına borc isə 1 843 dollar artım göstərib.