​ABB və Türkiyə "Eximbank"ı arasında kredit sazişi imzalanıb

​ABB və Türkiyə "Eximbank"ı arasında kredit sazişi imzalanıb Vəsait Türkiyədən mal idxal edən Azərbaycan şirkətlərinə kreditlər şəklində ayrılacaq
Maliyyə
11 Noyabr , 2014 15:11
​ABB və Türkiyə Eximbankı arasında kredit sazişi imzalanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) və Türkiyə "Eximbank"ı (Türkiye İxracat-İdxalat Bankı) arasında 15 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Bu barədə "Report"a ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, ticarət əqdləri və Türkiyə mənşəli mal və xidmətlərin maliyyələşdirilməsini nəzərdə tutan müqavilə çərçivəsində cəlb olunan vəsait ABB tərəfindən Türkiyədən mal idxal edən Azərbaycan şirkətlərinə orta və uzunmüddətli kreditlər şəklində verilməklə onlara maliyyə dəstəyi göstəriləcək.

Son xəbərlər

Orphus sistemi