Məlumata görə, cəlb olunan kreditin müddəti sonradan uzadıla bilər. Bu müqavilədə zəmanətçi kimi “ABB-Moskva”nın səhmdarı olan ABB, müvəkkili qismində “Novikombank” QSC çıxış edir.
Eyni zamanda, “MSP Bank” ASC, “Bank Zenit” ASC, “RosEvroBank” və “Baltikums Bank” da müvəkkil təşkilatlar kimi seçilib.
Xatırladaq ki, bu sənəd “Novikombank” ilə “ABB-Moskva” arasında imzalanmış 4-cü razılaşmadır.