"ABB-Moskva" yeni ofisini açıb

"ABB-Moskva" yeni ofisini açıb Ofis fiziki şəxslər üçün hər gün fasiləsiz olaraq 09:00-dan 18:00-dək xidmət göstərir
Maliyyə
17 Avqust , 2016 13:22
ABB-Moskva yeni ofisini açıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə bankı "ABB-Moskva" Moskva şəhərində əlavə ofis açıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, "Fud Siti" logistika qrupunun ərazisində Moskva, Sosenski pr-ti, Kaluqa şosesinin 22-ci km, bina №10, ofis A-OO8, giriş №8-də yerləşən ofis geniş spektrdə xidmətlər təklif edir.

Fiziki şəxslərə pul köçürmələri, bank kartları, bank hesablarının açılması və bağlanması, nağd valyuta ilə əməliyyatlar, şəxsi seyf, müddətli depozitlərin açılması, korporativ müştərilərə hesabla əməliyyatlar, korporativ bank kartları, ekvayrinq, kreditləşmə və maliyyələşmə, inkassasiya və digər xidmətlər göstərir.

Ofis fiziki şəxslər üçün hər gün fasiləsiz olaraq 09:00-dan 18:00-dək, şənbə və bazar günləri isə kassa rejimində, hüquqi şəxslər üçün isə həftə içi fasiləsiz olaraq 09:00-dan 18:00-dək işləyir.

Son xəbərlər

Orphus sistemi