​ABB kart sahiblərinin “3D Secure" sisteminə qoşulmasını sadələşdirib

​ABB kart sahiblərinin “3D Secure" sisteminə qoşulmasını sadələşdirib Bu xidmətə Azərbaycan Beynəlxalq Bankının bütün bankomatları vasitəsilə qoşulmaq olar
Maliyyə
13 Oktyabr , 2015 15:33
​ABB kart sahiblərinin “3D Secure sisteminə qoşulmasını sadələşdirib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) ödəniş kartlarının "3D Secure” texnologiyasına qoşulma prosedurlarını sadələşdirib. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əvvəl “3D Secure” protokoluna qoşulmaqdan ötrü müştəri ABB-nin bankomatlarından 3D parollarının siyahısını çap edib, daha sonra www.azericard.com saytında qeydiyyatdan keçməli idi. Amma daha buna ehtiyac yoxdur.

Hazırda bankın “SMS xəbərdarlıq” xidmətinə qoşulmuş bütün ödəniş kartları avtomatik olaraq “3D Secure” texnologiyasına da qoşulmuş sayılır. Beləliklə, “SMS xəbərdarlıq” xidmətinə qoşulan kart sahibi eyni zamanda həm kart hesabına daxil olan və çıxarılan vəsaitlər haqqında “SMS-xəbərdarlıq” alır, həm də İnternetdə alış-veriş zamanı hesabındakı vəsaitlərin maksimum təhlükəsizliyini təmin edir.

Bu xidmətə Azərbaycan Beynəlxalq Bankının bütün bankomatları vasitəsilə qoşulmaq olar.

Qeyd edək ki, “3D Secure” İnternetdə alış-veriş edən müştərilərin vəsaitlərini qorumaq üçün beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq olunan yüksək təhlükəsizlik texnologiyasıdır.

Xatırladaq ki, ABB-nin Azərbaycan üzrə 36 filial və 42 şöbəsi var.

Son xəbərlər

Orphus sistemi