"​ABB-Gürcüstan” xalis mənfəətini 145,3% artırıb

"​ABB-Gürcüstan” xalis mənfəətini 145,3% artırıb “ABB-Gürcüstan” bankının xalis mənfəəti 1,333 mln. lari təşkil edib
Maliyyə
4 Sentyabr , 2014 10:40
​ABB-Gürcüstan” xalis mənfəətini 145,3% artırıb
Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu il iyulun 1-nə olan məlumatlara görə Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan “ABB-Gürcüstan” bankının xalis mənfəəti 1,333 mln. lari təşkil edib.

Bu barədə “Report”a  ABB-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə açıqlanan bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricisindən 145,3% çoxdur.

Bankın məcmu kapitalında da dəyişiklik var. Belə ki, cari ilin iyulun 1-nə bankın məcmu kapitalı 40,5 mln. lari təşkil edib və bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15,6% çoxdur. Bankın səhmdar kapitalı hesabat dövrü ərzində 9,8% artaraq iyulun 1-nə 27,5 mln. lari təşkil edib.

Xatırladaq ki, “ABB-Gürcüstan” bankı 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib, 2007-ci ilin fevralında Gürcüstan Milli Bankından bank əməliyyatları üçün lisenziya alıb.

Son xəbərlər

Orphus sistemi