"​Fitch": ABB devalvasiyanın birbaşa təsirindən ziyana düşməyəcək

"​Fitch": ABB devalvasiyanın birbaşa təsirindən ziyana düşməyəcək Bank 100 mln. manatlıq kapital emissiyasını sürətləndirəcək
Maliyyə
3 Mart , 2015 17:40
​Fitch: ABB devalvasiyanın birbaşa təsirindən ziyana düşməyəcək

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankına kapitallaşma göstəricilərini bərpa etmək üçün əlavə dəstək lazım olacaq. Bankın kredit ödəmə qabiliyyətinin zəifləməsi nəticəsində hər hansı mənfi reytinqə gedəcəyi gözlənilmir. "Report"un verdiyi xəbərə görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

ABB-dan "Fitch"ə verilən məlumata görə, bank 100 mln. manatlıq kapital emissiyasını sürətləndirəcək. Hazırkı emissiya bankın 2013-cü ildə qəbul edilən 500 mln. manat həcmində kapital artımı proqramı çərçivəsində həyata keçirilir. Hansı ki, 2014-cü ilin sonuna artıq 200 mln. manat əldə edilib. Bundan başqa, aprelin 2-də səhmdarların yığıncağında əlavə adi səhmlərin emissiyası imkanları müzakirə olunacaq. "Fitch" proqnozlaşdırır ki, ABB-nin yeni kapitalın təmin edilməsində hər hansı bir gecikmə olarsa, müddət uzadıla bilər.

"Fitch" ABB-nın devalvasiyanın birbaşa təsiri nəticəsində hər hansı əhəmiyyətli ziyana düşəcəyini gözləmir. Emitentin uzunmüddətli defolt reytinqi və "BB" səviyyəsində uzunmüddətli kredit reytinqi ABB-yə Azərbaycan hökumətinin lazım gəldikdə dəstək verəcəyini deməyə əsas verir. Bununla yanaşı, banka lazımi vaxtda dəstəyin edilməməsi onun reytinqinin aşağı düşməsinə təzyiq edə bilər.

"Fitch" manatın devalvasiyası nəticəsində kapitala təzyiq və xarici vayuta ilə kreditləşmənin yülksək payının öz-özlüyündə reytinqin aşağı düşməsinə səbəb olacağını proqnozlaşdırmır. 

Son xəbərlər

Orphus sistemi