ABA ilə IFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ABA ilə IFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb Müqavilə daşınar əmlakın yüklülüyü sahəsində birgə fəaliyyəti nəzərdə tutur
Maliyyə
23 May , 2016 21:18
ABA ilə IFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Təminatlı Əqdlər (daşınar əmlakın yüklülüyü) sahəsində birgə fəaliyyətlə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, müqavilədə Təminatlı Əqdlərdən istifadənin cari səviyyəsi ilə bağlı sorğunun keçirilməsi, bu sahədə islahatlara dəstək olmaq üçün konfrans və seminarların təşkili, “Təminatlı Əqdlər Haqqında Qanun”un layihə şəklində hazırlanaraq banklarla birlikdə müzakirəsi və məlumatlılığın artırılması üçün mətbuatda məqalələrin verilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi