​"A-Group" sığorta şirkəti nizamnamə kapitalını artırır

​"A-Group" sığorta şirkəti nizamnamə kapitalını artırır Sığorta şirkətinin nizamnamə kapitalı 9,5% artırılaraq 8,006 mln. manata çatdırılacaq
Maliyyə
6 Aprel , 2015 17:26
​A-Group sığorta şirkəti nizamnamə kapitalını artırır

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın "A-Group" sığorta şirkəti nizamnamə kapitalını 9,54% və ya 697,5 min manat artırır. Nəticədə şirkətin nizamnamə kapitalı 8 005 750 manata çatdırılacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir. 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "A-Group" sığorta şirkətinin qapalı üsul ilə yerləşdirilən hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, emissiya "A-Group" sığorta şirkətinin hər birinin nominal dəyəri 943 manat olan 7 750 ədəd adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Hazırda şirkətin nizamnamə kapitalı 7 308 250 manatdır.

Son xəbərlər

Orphus sistemi