​2016-cı ildə Azərbaycanda 12%-dək inflyasiya proqnozlaşdırılır

​2016-cı ildə Azərbaycanda 12%-dək inflyasiya proqnozlaşdırılır Manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri mövcuddur
Maliyyə
25 Yanvar , 2016 06:19
​2016-cı ildə Azərbaycanda 12%-dək inflyasiya proqnozlaşdırılır

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın İqtisadiyyat Nazirliyi 2016-cı ildə ölkədə 10-12%-dək inflyasiya proqnozlaşdırır.

"Report" xəbər verir ki, bunu ANS telekanalına müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri mövcuddur, bəzi qiymətlərin artması və s. və bunların əhalinin ən həssas qruplarına mənfi təsirinin yumşaldılması məqsədi ilə dövlət tərəfindən müəyyən tədbirlər görülür.

Samir Şərifovun sözlərinə görə, manatın devalvasiyası büdcəyə daxilolmalarda müəyyən inflyasiya yaradacaq:

"İqtisadiyyat Nazirliyinin yenilənmiş sosial-iqtisadi proqnozunda inflyasiya 10-12 faiz səviyyəsində götürülüb. Ona görə bu il inflyasiya hesabına əlavə gəlirlər əldə oluna bilər".

Son xəbərlər

Orphus sistemi