Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası azalıb

Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası azalıb Ötən il ​bu sahədə bağlanan sığorta müqavilələrinin sayı 24%, daxilolmalar isə 12% azalıb
Maliyyə
9 Yanvar , 2016 17:02
Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası azalıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 422 icbari sığorta müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 135 967 manat təşkil edib.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, 2014-cü il ilə müqayisədə sığorta müqavilələrinin sayında 23,8%, sığorta haqlarının məbləğində 12,4% azalma müşahidə edilib.

Hesabat ilində bağlanmış sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin 300-ü avtomobil, 45-i gəmi, 77-si hava nəqliyyatının, sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının isə 54 504 manatı avtomobil, 13 045 manatı gəmi, 68 418 manatı hava nəqliyyatının payına düşüb. 

Son xəbərlər

Orphus sistemi