​2014-cü ildə Polşa ilə Azərbaycan arasında mal dövriyyəsi 140 mln. dollar təşkil edib

​2014-cü ildə Polşa ilə Azərbaycan arasında mal dövriyyəsi 140 mln. dollar təşkil edib Rusiyaya qarşı sanksiyalar səbəbindən Polşa və MDB ölkələri arasında mal dövriyyəsi azalıb
Maliyyə
23 May , 2015 08:11
​2014-cü ildə Polşa ilə Azərbaycan arasında mal dövriyyəsi 140 mln. dollar təşkil edib

Bakı. 23 may. REPORT.AZ/ "Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Ukraynadakı hadisələr səbəbindən Polşa ilə MDB ölkələri arasında mal dövriyyəsi azalıb".

"Report"un Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə azərbaycanlı jurnalistlərlə görüşdə Polşa Xarici İşlər Nazirliyinin İqtisadi Əlaqələr Departamentinin MDB ölkələri üzrə şöbəsinin rəhbəri Pavel Gebski məlumat verib.

Onun sözlərinə görə, 2014-cü ildə Polşanın dünya ölkələri ilə mal dövriyyəsi 219 milyard dollar təşkil edib. Bunun 77%-i Avropa İttifaqı, 7,9%-i isə MDB ölkələrinin payına düşüb.

"2014-cü ildə Azərbaycan ilə mal dövriyyəsi 2013-cü il ilə müqayisədə cüzi dərəcədə artıb, cəmi 10 mln. dollar və 140 mln. dollar təşkil edib. Azərbaycan bu göstəriciyə görə, MDB ölkələri arasında 6-cı yeri tutur", - deyə P.Gebski bildirib.

O əlavə edib ki, cari ilin birinci rübündə Polşa və Azərbaycan arasında idxal-ixrac əməliyyatları müvafiq olaraq 3,7 mln. və 27,6 mln. dollar təşkil edib.

"Azərbaycandan, əsasən neft sənayesi məhsulları idxal olunur. Polşadan Azərbaycana isə kənd təsərrüfatı, maşınqayırma və kimya sənayesi məhsulları ixrac edilir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi