​Azərbaycan Macarıstana sərmayə imkanlarını araşdırır

​Azərbaycan Macarıstana sərmayə imkanlarını araşdırır Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Maliyyə
3 Noyabr , 2014 17:47
​Azərbaycan Macarıstana sərmayə imkanlarını araşdırır

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a ARDNF-in İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Görüşdə Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-in bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi