Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,03% artaraq noyabr ayının 3-nə 3 055,94 təşkil edib. Ortaölçülü qiymət indeksi 95,55-ə bərabər olub. Noyabrın 3-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,02% artaraq 139 612 518 manat təşkil edib.
“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,02% yüksəlib və 872,06-ya bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,00 təşkil edib.