​Yanvarda daşınmaz əmlakın icbari sığortası bazarı 38% artıb

​Yanvarda daşınmaz əmlakın icbari sığortası bazarı 38% artıb Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 55%-i yaşayış evləri və mənzilləri əhatə edib
Maliyyə
1 Fevral , 2016 16:20
​Yanvarda daşınmaz əmlakın icbari sığortası bazarı 38% artıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 5 253 sığorta müqaviləsi bağlanıb. İcbari Sığorta Bürosundan (İSB) "Report"a verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 5,7 mln. manat təşkil edib.

Məlumata görə, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 55,4%-i yaşayış evləri və mənzillər, 0,5%-i inzibati binalar, 44,1%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 22,6% azalma, sığorta haqlarının məbləğində isə 38% artım müşahidə edilib.

Yanvar ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 581, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 38 400 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 5 922 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi