Bakı. 11 aprel.
"Report"un analitik qrupu hesab edir ki, dövriyyədə olan nağd pulun artmasına səbəb əhalinin valyuta vəsaitlərinin bir hissəsini manata çevirməsi ilə bağlıdır. Dövriyyədə olan nağd pullar 2015-ci ilin may ayındakı cüzi artım istisna olmaqla 19 aydan (faktiki - 9 aydan) sonra ilk dəfə artıma keçib. Məhz 2014-cü ilin iyul ayında nağd pulun həcmi maksimal səviyyəyə (11 144,4 mln. manat) çatıb. Hazırda bu göstərici rekord səviyyədən 5 645,3 mln. manat və ya 50,6% aşağıdır.