Bakı. 19 fevral. REPORT.AZ/ Fransanın sabiq Maliyyə naziri Kristin Laqard növbəti beş il müddətində də Beynəlxalq Valyuta Fonduna rəhbərlik edəcək. Fondun 24 üzvdən ibarət icraçı heyəti qərarı bu gün keçirilən iclasda verib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, 60 yaşlı Laqard 75 ilə yaxındır əsası qoyulmuş Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəri olur.
Kristin Laqardın namizədliyini Almaniya, Çin, Fransa, Koreya və bir sıra digər dövlətlər əvvəlcədən dəstəkləmişdi.