"Kapital Bank" manat kreditlərinin şərtini dəyişib

"Kapital Bank" manat kreditlərinin şərtini dəyişib Kreditlər 6-36 ay müddətinə, illik 24%-dən başlayan dərəcə ilə ayrılır
Maliyyə
10 İyun , 2015 13:15
Kapital Bank manat kreditlərinin şərtini dəyişib

Bakı. 10 iyun. REPORT.AZ/ "Kapital Bank" ASC bütün manat kreditlərinə komissiyanı endirib. Ayın sonunadək davam edəcək bu kampaniya çərçivəsində 1 illik kreditlər isə tamamilə komissiyasız ayrılır.

"Report"un banka istinadən verdiyi xəbərə görə, 13-24 aylıq kreditlər üçün komissiya haqqı 2%, 25-36 aylıq kreditlər üçün isə 3% təşkil edir.

"Kapital Bank" yalnız əmək haqqı və pensiya kartı həmin bankdan olan vətəndaşlara kredit verir. Qeyd edək ki, digər banklarda aktiv kredit öhdəlikləri olan müştərilər də kredit ala bilərlər.

Kredit əldə etmək üçün 18-70 yaş həddi və son iş yerində minimum 3 ay staj (təqaüdçülər üzrə staj tələbi yoxdur) tələb olunur. Kredit məbləği 300-10 000 manat, müddəti 6-36 ay təşkil edir. Kredit üzrə illik faiz dərəcəsi 24%-dən başlayır.

Son xəbərlər

Orphus sistemi