İSB "Audatex-Azerbaijan"dan pay alıb

İSB "Audatex-Azerbaijan"dan pay alıb Bu, İSB-yə 750 manata başa gəlib
Maliyyə
21 Oktyabr , 2016 11:13
İSB Audatex-Azerbaijandan pay alıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) və “Audatex-Azerbaijan” MMC arasında Şirkətdən 5%-lik iştirak payının əldə edilməsinə dair saziş imzalanıb. “Report” xəbər verir ki, bunu bugünkü mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev məlumat verib.

Onun sözlərinə görə, iştirak payı üçün “Audatex-Azerbaijan”a cəmi 750 manat ödənilib: “Bu, onun nizamnamə kapitalının 15 min manat olması ilə əlaqədardır və bu məbləğin də elə 5%-i ödənildi. Məsələ ondadır ki, hazırda Şirkətin bazardakı mövqeyi biz istədiyimiz səviyyədə deyil. Hazırda, “Audatex-Azerbaijan”da xidmət haqqının azaldılmasına çalışırıq ki, onun müştərilərinin sayı artsın". 

"Bu şirkətdə xidmət haqqı avro ilə müəyyən edilib, son nəticədə devalvasiyadan sonra zərərin qiymətləndirilməsi bahalaşıb. Hazırda qiymətin manatla müəyyən edilməsini təklif edirik ki, bu da bu sahədə 2 dəfə ucuzlaşmaya səbəb olacaq”, - deyə İSB rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi