Bakı. 10 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Günay Sığorta" ASC-nin yığımları 160,999 min manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.
Hesabat dövründə "Günay Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, şirkət 5 ay ərzində 8,632 min manat sığorta ödənişi həyata keçirib və bu, illik müqayisədə 4,8 dəfə azdır.