Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üçün xidmətlərin alınması ilə bağlı elan etdiyi təkliflər sorğusu başa çatıb. Bu barədə "Report"a AİF-in Satınalmalar Komissiyasından məlumat verilib.
Məlumata görə, satınalmanın qalibi olaraq “Deloitte&Touche” MMC seçilib və tərəflər arasında artıq müvafiq satınalma müqaviləsi imzalanıb.