​Bu il ARDNF-ə AÇG və "Şahdəniz" layihələrindən 2,4 mlrd. dollar daxil olub

​Bu il ARDNF-ə AÇG və "Şahdəniz" layihələrindən 2,4 mlrd. dollar daxil olub Bu məbləğin 2,305 mlrd. dolları AÇG-dən mənfəət neftinin payına düşüb
Maliyyə
15 İyul , 2016 15:56
​Bu il ARDNF-ə AÇG və Şahdəniz layihələrindən 2,4 mlrd. dollar daxil olub

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 2,369 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 2,305 mlrd. dolları AÇG-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Ümumilikdə isə 2001-ci ildən 2016-cı il iyulun 1-dək ARDNF-ə AÇG-dən 119,314 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.

Son xəbərlər

Orphus sistemi